PƏL VURMAQ (QATMAQ)
PƏNAHINDA SAXLAMAQ
OBASTAN VİKİ
Aşıq Pənah
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926 – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). Tarixi == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında haqqında film çəkilmişdir. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985). 1975-76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976-77-cı illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977-81-ci illərdə MİB-də texnik, 1981-85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985-89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989-92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992-93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993-99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000-2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974—cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Pənah Göyçə
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. == Həyatı == 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. == Kitabları == Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Pənah Hüseyn
Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993). == Həyatı == Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
Pənah Hüseynov
Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993). == Həyatı == Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
Pənah Həsənov
Pənah Allahverdi oğlu Həsənov (9 may 1930, Böyük Gilanlar – 14 aprel 1992, Bakı) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycan SSR pambıq ustası (1966), SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə anadan olmuşdur.14 aprel 1992 ci ildə vəfat etmişdir 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Pənah Həsənov Vedi, İmişli rayonlarında kolxozçu olmuşdur. Pənah Həsənov SSRİ Ali Sovetinin (8–10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. == Fəxri adları == Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. 1980-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Pənah Mikayılov
Pənah Abduləli oğlu Mikayılov (10 may 1935, Qoşasu, Laçın rayonu – 1998, Sumqayıt) — şair, yazıçı, müəllim, Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim (1994). == Həyatı == 10 may 1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə Laçın Pedaqoji Texnikumuna daxil olmuş və oranı 1955-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunun Kilsə kənd ibtidai məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Sonra müəllimlik fəaliyyətini Laçın rayonunun Daşlı, Vəlibəyli, Narışlar və Qoşasu kənd məktəblərində davam etdirmişdir. Pənah Mikayılov 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1972-ci ildə həmin universitetin filologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Aşıq Şəmşirin həyat və yaradıcılığı” mövzusu üzərində işləmiş, lakin müxtəlif problemlər üzündən dissertasiya işini müdafiə edə bilməmişdir. Pənah Mikayılovun şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. Laçının işğalından sonra Sumqayıtda məskunlaşmış, pedaqoji fəaliyyətini Laçın rayon 5 saylı orta məktəbində davam etdirmişdir. 45 illik səmərəli pedaqoji əmək fəaliyyəti olan Pənah Mikayılov müxtəlif “Fəxri Fərman”larla, Respubilkanın “Qabaqcıl maarif xadimi” fəxri adı ilə təltif edilmişdir.
Pənah Muradov
Muradov Pənah Zülfiqar oğlu — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini. == Həyatı == Muradov Pənah Zülfiqar oğlu 01 oktyabr 1960-cı ildə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub, 1967-77-ci illərdə orta məktəbdə təhsil almış, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmişdir. P.Muradov 1990-cı ildə biologiya üzrə fəlsəfə doktoru və 2005-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adı alıbdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. P.Z.Muradov əmək fəaliyyətinə AMEA-nın Mikrobiologiya İnstitutunda baş laborant kimi başlamış, kiçik elmi işçi, əyani aspirant, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 1995-ci ildən bu günə kimi isə elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. Onun rəhbərliyi ilə biologiya üzrə 17 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilən P.Z.Muradov hazırda həmin komissiyanın sədr müavini, 2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür. P.Z.Muradov mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə iki dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür. == Ailəsi == Evlidir, 3 övladı var.
Pənah Məmmədov
Pənah Məmmədov (tam adı: Pənah İslam oğlu Məmmədov; 26 avqust 2000, Şəki rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2006-2017-ci illərdə Ə. Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə isə Şəki Texniki Kollecində "Turizm və idarəetmə təsərrüfatının təşkili" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Pənah Məmmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Pənah Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pənah Məmmədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pənah Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pənah Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pənah Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Pənah Qasımov
Qasımov Pənah (20 iyul 1881, Qarğabazar, Cəbrayıl qəzası – 15 iyul 1937, Bakı) — Azərbaycan maarif xadimi. Qori müəllimlər seminariyasını (1905) və Tiflis Müəllimlər İnstitutunu (1907) bitirmişdir. Lənkəranda (1907–1908) və Bakıda (1909-cu ildən) müəllimlik etmiş, ana dilində məktəblərin açılmasına çalışmışdır. Respublikada pedaqoji təhsilin təşkilində onun mühüm xidməti var. Darülmüəlliminin (1921–1928), Ali Pedaqoji İnstitut və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru (1929), Azərbaycan SSR xalq maarif komissarının müavini (1928) vəzifəsində çalışmış, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri (1920–1928), "Maarif işçisi" jurnalının ilk redaktoru olmuşdur. Azərbaycan və Zaqafqaziya MİK-lərinin, Azərbaycan K(b)P MK və BK-nın üzvü seçilmişdir (1925–1927). == Həyatı == Qasımov Pənah Ələkbər oğlu 1883-cü ildə Cəbrayıl qəzası Qarğabazar kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirdikdən sonra 1901-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminaryasının Azərbaycan şöbəsinə daxil olmuş, 1905-ci ildə oranı qurtarmış, təhsilini Tiflis Aleksandr Müəllimlər Institutunda təhsilini davam etdirmişdi. P.Qasımov 1907-ci ildə təhsilini başa vurduqdan sonra indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk günlərindən o, xalqı avamlıq, gerilik və cəhalətdən çıxarmağı özünün ən müqəddəs borcu bilmiş, həyatını Azərbaycan xalqının rifahı və mariflənməsi uğrunda mübarizəyə bağlamışdır.
Pənah Qurbanov
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. == Həyatı == 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. == Kitabları == Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Pənah Xəlilov
Pənah İmran oğlu Xəlilov (1 iyul 1925, Sadaxlı, Gürcüstan Sovet Sosialist Respublikası[d] – 16 avqust 2019, Bakı) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971). == Həyatı == Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 16 avqust 2019-cu ildə vəfat etmişdir.
Pənah xan
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر‎; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır.Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının ilk şəhəri olan Şuşanın siması Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi ərazilərin memarlıq üslublarını özündə əks etdirib.Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliki Şahnəzər tanıdı.
Aşıq Pənah Pənahov
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926 – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). Tarixi == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında haqqında film çəkilmişdir. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.
Pənah kəndi (Poldəşt)
Pənah kəndi (fars. پناه كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (69 ailə).
Pənah xan qəsri
Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur. == Tarixi == Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Pənah xan Makinski
Pənah xan Makinski — məşhur Makinskilər ailəsinin üzvü, Maku xanları nəslinə mənsub İrəvan şəhərinin məşhur bəylərindən biri. O, İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri kimi vəzifələrdə çalışmış və şəhərdə xeyriyyəçiliklə məşğul olmuşdur. == Həyatı == Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur.Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur. İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi.
Aşıq Pənah (film, 2007)
Aşıq Pənah qısametrajlı sənədli-bədii televiziya filmi Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadə tərəfindən 2007-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bədii-sənədli televiziya filmi Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Pənah haqqındadır. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib. == Məzmun == Bədii-sənədli televiziya filmi Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Pənah haqqındadır.Eldar İsgəndərzadənin ssenarisi əsasında 2007-ci ildə çəkilmiş film. Şair aşıq Pənahın həm el aşığı, həm də mahalının ağsaqqalı olduğu filmdə öz əksini tapır. Filmdə el sənətkarının ailə üzvləri, sənət dostları, eləcə də şagirdlərinin onunla bağlı maraqlı söhbətləri təqdim olunur. == Film haqqında == Film boyu ustadın obrazını oğlu Taleh Pənahov canlandırır.
Molla Pənah Vaqif (1990)
== Məzmun == Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. == Haqqında == Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb.7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Pənah xanın sarayı (Şuşa)
Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırdan ermənilər bu möhtəşəm abidəni məhv etmişdilər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir.
Pənah xan Makinskinin evi
Pənah xan Makinskinin evi - İrəvan şəhərində mövcud olmuş məşhur evlərdən biri. Sovet hakimiyyəti dövründə dağıdılmış ev hal-hazırkı Nalbəndyan küçəsində yerləşirdi. Ev və ya imarət Makinskilər ailəsinə mənsub olan Pənah xan Makinski tərəfindən tikdirilmişdir. == Haqqında == Pənah xan Makinskinin evi və ya imarəti İrəvandakı Xan sarayı üslubunda tikilmişdir. İmarət İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşir. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. İmarət İrəvanda dövlət tərəfi ndən qorunan memarlıq abidələri siyahısına salınmış, lakin 1960-1970-ci illərdə imarətin ətrafında tikilmiş yöntəmsiz obyektlərdən sonra tanınmaz hala düşmüş və baxımsızlıqdan yox olma həddinə çatmışdır. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi. == Həmçinin bax == Makinskilər Pənah xan Makinski == İstinadlar == == Mənbə == Nazim Mustafa.
Molla Pənah Vaqif (film, 1990)
== Məzmun == Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
всезна́й изра́нить обреза́ться подрывни́к противотече́ние рассо́вываться узи́лище гофр иде́йный ло́дырничанье накача́вшийся регистра́ция уще́рбность фа́ут адмирал Chinee cost-effective delaying action exodist life-interest metallites rotameter viz. аэролак согласоваться